12 C
Baku
21 Fevral 2026, 15:59
Digər

“Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı”

Bu gün – 18 Oktyabr, Azərbaycan xalqının tarixində qürurla qeyd etdiyimiz Müstəqilliyin Bərpası Günüdür. 1991-ci ilin məhz bu günündə, xalqımızın əzmkarlığı və milli iradəsinin nəticəsi olaraq “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi və Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi.

Bu sənəd yalnız siyasi azadlığımızın deyil, eyni zamanda minillik dövlətçilik ənənələrimizin, milli kimliyimizin və suveren iradəmizin rəmzinə çevrildi. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını yenidən dirçəldən bu qərar, müstəqil dövlətçiliyimizin möhkəm təməlinin qoyulması baxımından tarixi bir dönüş nöqtəsi oldu.

Azərbaycan xalqı müstəqilliyin bərpası ilə öz taleyinə sahib çıxdı, dövlət quruculuğu, hüquqi islahatlar, beynəlxalq aləmdə tanınma və inkişaf yolunda böyük iradə nümayiş etdirdi. 1991-ci ildən bu günə qədər keçilən yol — şəhidlərimizin qanı, vətənpərvər övladlarımızın fədakarlığı və xalqımızın birliyi sayəsində formalaşmış müasir, qüdrətli və qürurlu Azərbaycanın salnaməsidir.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, dövlətin siyasi və iqtisadi dayaqları möhkəmləndi, beynəlxalq əlaqələr genişləndi.

Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz suverenliyini bütün ərazilərində tam bərpa edib, regionun ən güclü dövlətlərindən birinə çevrilib.

Müstəqillik təkcə hüquqi sənəd deyil, həm də ruhumuzun, milli kimliyimizin və gələcək nəsillər qarşısında məsuliyyətimizin təcəssümüdür. Bu dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Bu əlamətdar gündə xalqımıza sülh, rifah və davamlı inkişaf, şəhidlərimizə isə Allahdan rəhmət diləyir, onların müqəddəs xatirəsi qarşısında baş əyirəm.

Qoy müstəqilliyimiz əbədi, bayrağımız daim ucalarda olsun!

Yaşasın müstəqil Azərbaycan!

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu