14 C
Baku
7 Aprel 2026, 22:04
Digər

“Prezidentin müsahibəsi diplomatik baxımından önəmli mesaj daşıyır”

Deputat Ceyhun Məmmədov Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsi barədə öz sosial media hesabında açıqlama verib.

O qeyd edib ki, dövlət başçımız bu müsahibədə Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı səviyyəsi, Türk dünyasında birliyin əhəmiyyəti və regional əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr dərin tarixi və mədəni köklərə söykənir. İki xalq əsrlər boyu dostluq və qarşılıqlı hörmət ruhunda yaşamış, bu gün isə həmin münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Azərbaycan və Qazaxıstanı birləşdirən yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də ortaq mədəni və mənəvi dəyərlərdir. Türk dünyasının iki əsas üzvü kimi, hər iki ölkə regional inteqrasiya proseslərinə fəal töhfə verir. Ölkə başçımızın da müsahibə zamanı qeyd etdiyi kimi, Azərbaycan-Qazaxıstan münasibətləri qardaşlıq, etimad və səmimiyyət modeli kimi digər dövlətlər üçün də nümunə ola bilər. Bu müsahibə təkcə iki ölkə arasındakı əlaqələrin növbəti mərhələsini təsdiqləmir, həm də Türk dünyasının birliyinə, iqtisadi inteqrasiyaya və siyasi həmrəyliyə xidmət edən strateji mesaj daşıyır.

Dövlət başçımız məhz buna görə Türk Dövlətləri Təşkilatının fəaliyyətini xüsusi vurğulayaraq qeyd etdi ki, bu təşkilat üzv ölkələr arasında həmrəyliyin, iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin güclənməsi üçün mühüm platformadır.

Müsahibəsində Prezident İlham Əliyev Xəzər dənizi regionunda əməkdaşlığın əhəmiyyətinə də toxunaraq, Xəzərin enerji, nəqliyyat və ekoloji sahələrdə əməkdaşlıq üçün strateji mərkəz olduğunu, Azərbaycan və Qazaxıstanın bu istiqamətdə birgə layihələrin icrasını davam etdirəcəyini və yeni təşəbbüslərlə çıxış edəcəyini söylədi.

Aynur Camal

Oxşar xəbərlər

İranda qadınlardan ABŞ və İsrailə qarşı silahlı dəstək nümayişi

Aynur Camal

Dünyanın ən yüksək IQ göstəricisinə malik ölkələri açıqlandı

Aynur Camal

Smartfonla Ayı necə düzgün çəkmək olar? – Sadə üsullar açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu