Digər

Bakıda 10 yeni metro stansiyası tikiləcək

“Cari ildə təsdiqlənmiş dövlət proqramı çərçivəsində ictimai nəqliyyat xidmətlərinin əlçatanlığının artırılması nəzərdə tutulub”.

Bu xəbəri Milli Məclisdə keçirilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Eyni zamanda metro infrastrukturunun inkişafından tutmuş təqribən 300-ə yaxın vaqonun alınması, 10 yeni stansiyanın inşası (bu yalnız 2030-cu ilə qədər icra ediləcək), eləcə də dəmir yolu sahəsində tədbirlər görülür. Bu yaxınlarda Gəncədə, bəlkə də Azərbaycanda ilk dəfə olaraq, bütöv bir şəhərdə nəqliyyat infrastrukturunu yeniləmişik. Yaxın aylarda, il sonuna qədər Naxçıvanda da analoji tədbirin yekunlaşdırılması planlaşdırılır. Qarabağla bağlı bütün şəhərlərdə infrastrukturun qurulması nəzərdə tutulur”, – deyə nazir müavini bildirib.

Mənbə: Unikal.az

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu