ABŞ Prezidenti Donald Tramp İsrailin son hücumları da daxil olmaqla, heç nəyin Qəzzada atəşkəsi təhlükə altına qoymayacağını bildirərək, “Bir İsrail əsgəri öldürüldü, ona görə də cavab verməli oldular” deyib.
Yaponiyaya səfərini başa vurub Cənubi Koreyaya gedən ABŞ prezidenti Donald Tramp təyyarədə jurnalistlərlə söhbətində bildirib.
Atəşkəsə baxmayaraq İsrailin Qəzzaya hücumları xatırladıldıqda, Tramp deyib: “Bir İsrail əsgəri öldürüldü, ona görə də cavab verməli oldular”.
“Bu, atəşkəsi təhlükə altına qoyurmu?” sualına cavab olaraq Tramp deyib: “Xeyr, heç nə onu təhlükə altına qoymayacaq. HƏMAS Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsidir. Əgər onlar yaxşı işlər görsələr, xoşbəxt olacaqlar. Əgər etməsələr, məhv ediləcəklər”.
Öldürülən İsrail əsgərinin başına nə gəldiyinin dəqiq bilinmədiyini vurğulayan Tramp deyib: “Amma deyirlər ki, bu, snayper atəşi və qisas idi”.
“HƏMAS daxilində sülhü pozmağa çalışan elementlər ola bilərmi?” sualına Tramp belə cavab verib: “Biz HƏMAS-a rəhbərlik edən insanlarla danışmışıq. Mənim fikrimcə, onlarla məşğul olan mütəxəssislərə əsasən, onlar insanların öldürüldüyünü görəndə narazıdırlar. Amma bəzi insanlar öldürülür və biz bunu görmək istəmirik”.
Tramp Qəzza sülh prosesinin ikinci mərhələsinə qədəm qoyduğunu və bu mərhələdə HƏMAS-ın silahlarını yerə qoymasını tələb etdiyini bildirib.
O deyib: “HƏMAS Yaxın Şərqdəki ümumi sülhün çox kiçik bir hissəsidir. Yaxın Şərqdə sülh var. Əgər HƏMAS-ı aradan qaldırmalı olsaq, bunu çox asanlıqla edə bilərik. Və bu, HƏMAS-ın sonu olardı.”
Buna baxmayaraq, Tramp HƏMAS-ın razılaşmaya əməl edəcəyinə ümid etdiyini ifadə edərək dedi: “Biz onlarla razılaşma bağladıq ki, atəşkəsə əmək etsinlər və onlar isə doğru davranmalıdırlar. Əgər buna davam etsələr, onlar aradan qaldırılacaqlar.”
Tramp eyni zamanda bildirib ki, bu ehtimal yaranarsa, bir çox ölkə dəstək verməyə hazırdır. “Bu, İsraildən də, digər ölkələrdən də ola bilər. Razılaşmanın tərəfi olan bir çox ölkə mənə zəng edib dedi ki, “İstəsəniz, biz də bunu etməkdən məmnun olarıq. Və bunlar güclü ölkələrdir. Bunlar oynanılacaq ölkələr deyil”.
Şimali Koreyanın son raket sınağı ilə bağlı suala cavab olaraq isə Tramp deyib:
“Onlar illərdir raket atırlar, elə deyilmi? Sadəcə başqa bir raket.”
Şimali Koreya lideri Kim Çen Inla əvvəllər görüşdüyünü və çox yaxşı yola getdiklərini xatırladan Tramp: “Yaxşı, mütləq nə vaxtsa görüşəcəyik. Cədvəl çox sıxdır, amma səbirsizliklə gözləyirəm. Çox yaxşı münasibətlərimiz var idi. Bir-birimizi həqiqətən çox yaxşı başa düşürdük” – deyib.
Mənbə: EnSonHaber
