Bugun.tv– xəbər ki, Heydər Əliyev Sarayında 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyinə həsr olunan “Zəfər Andı” adlı ədəbi-bədii gecə keçirilib.
Deputat Ceyhun Məmmədov sözügedən tədbirdə iştirakını öz sosial media hesabında paylaşıb.
O qeyd edib ki, tədbir Azərbaycan Respublikasının Gənclər Fondu, Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Açılış hissəsində şəhid ailələrinin və gənc qazilərimizin çıxışları, bədii hissədə isə Nicat Kazımovun rejissorluğu və İlqar Fəhminin ssenarisi ilə hazırlanan “Zəfər Andı” bədii kompozisiyası nümayiş olunub.
Ceyhun Məmmədov həmçinin qeyd edib ki, 1800-dən çox qonağın iştirak etdiyi bu tədbir həm Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinə ehtiram, həm də gənclərimizdə vətənpərvərlik ruhunun daha da möhkəmlənməsi üçün böyük əhəmiyyət daşıyır.





