QHT qanunvericiliyi, Davud Rəhimli, Əlil Təşkilatları İttifaqı, vətəndaş cəmiyyəti, QHT-lərin ixtisaslaşması, bir pəncərə sistemi, qrant müsabiqələri, dövlət-QHT əməkdaşlığı
Sosial

QHT-lərin ixtisaslaşması və “bir pəncərə” sistemi: Qanuna təklif olunan dəyişikliklər nə vəd edir?

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif olunan dəyişikliklər QHT sektorunda ixtisaslaşmanın gücləndirilməsi, əməkdaşlığın şəffaflaşdırılması və peşəkar təşkilatların imkanlarının daha səmərəli qiymətləndirilməsi baxımından yeni imkanlar yarada bilər.

Bugun.tv xəbər verir ki, bu barədə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli sosial şəbəkə hesabında paylaşdığı şərhdə bildirib.

Davud Rəhimlinin fikrincə, QHT-lərin fəaliyyət istiqamətləri və ixtisaslaşma sahələri üzrə təsnifatının müəyyən edilməsi vətəndaş cəmiyyəti sektorunun inkişafı üçün mühüm addım ola bilər. O hesab edir ki, təşkilatların yalnız müxtəlif sahələr üzrə layihələrə qatılmaq məqsədilə fəaliyyət istiqamətlərini formal şəkildə dəyişməsi və ya genişləndirməsi ixtisaslaşmış QHT-lərin proseslərdən kənarda qalmasına səbəb olur.

QHT-lərin real təcrübəsi əsas götürülməlidir

Rəhimli bu məsələyə nümunə olaraq əvvəlki illərdə dövlət qurumlarının qrant müsabiqələrində müşahidə olunan bəzi halları xatırladıb. Onun sözlərinə görə, müəyyən dövrlərdə müxtəlif sahələrdə çalışan təşkilatlar gənclərlə bağlı qrant müsabiqələrində iştirak etmək üçün adlarına “Gənclər” sözünü əlavə edir, yaxud formal xarakter daşıyan yeni təşkilatlar yaradırdılar. Oxşar halların sosial siyasət sahəsindəki qrant və dəstək mexanizmlərində də müşahidə olunduğunu qeyd edib.

O vurğulayıb ki, QHT-nin ixtisaslaşması onun adında istifadə olunan sözlərlə deyil, faktiki fəaliyyəti, topladığı təcrübə, insan resursları və peşəkar potensialı ilə müəyyən edilməlidir.

“Bir pəncərə” mexanizmi təklif olunur

Davud Rəhimli QHT-lərin fəaliyyət istiqamətləri və təcrübəsi barədə məlumatların vahid platformada toplanmasını nəzərdə tutan “bir pəncərə” sisteminin yaradılmasını da məqsədəuyğun hesab edir.

Onun fikrincə, belə bir mexanizm dövlət qurumlarına və donor təşkilatlarına ehtiyaclarına uyğun ixtisaslaşmış QHT-ləri daha asan müəyyənləşdirməyə, onlarla əməkdaşlıq qurmağa və peşəkar təşkilatların kənarda qalmasının qarşısını almağa kömək edə bilər.

QHT-lərin ixtisaslaşması və “bir pəncərə” sistemi: Qanuna təklif olunan dəyişikliklər nə vəd edir?

Rəhimli hesab edir ki, bu təsnifat yalnız qrant müsabiqələrində deyil, dövlət qurumları ilə əməkdaşlıq, ictimai nəzarət, dövlət siyasətinin formalaşdırılmasında iştirak və beynəlxalq platformalarda təmsilçilik zamanı da əhəmiyyət daşımalıdır.

Bununla yanaşı, o xüsusi olaraq vurğulayır ki, ixtisaslaşma mexanizmi QHT-lərin fəaliyyət azadlığını məhdudlaşdıran və yeni təşkilatların yaradılmasına mane olan inzibati vasitəyə çevrilməməlidir. Əsas meyar təşkilatların bəyan etdiyi istiqamətlər deyil, real fəaliyyəti və əldə etdiyi nəticələr olmalıdır.

 

Bugün TV

Oxşar xəbərlər

88 yaşlı Həmayıl nənənin müraciəti nəticə verdi: ailənin qaz problemi həll olundu

Bugün TV

Sumqayıtda “Psixologiya və Şəxsi İnkişaf” forumu keçirilib

Aynur Camal

45-in hesabatı: Həyat, dostluq və xatirələr

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu