Baş xəbərDigər

QHT-lərin Moldova səfəri davam edir

Bugun.tv xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının dəstəyi ilə əlilliyi olan şəxslər sahəsində fəaliyyət göstərən QHT-lərin nümayəndələri “Azərbaycanda Vətəndaş İştirakının Gücləndirilməsi” (SPA) proqramı çərçivəsində Moldova Milli Etnoqrafiya və Təbiət Tarixi Muzeyini ziyarət ediblər. Moldovanın qədim tarixi, mədəniyyəti ilə tanış olublar. Səfərin ikinci günü Balti şəhərinə səyahət edilib. Balti şəhərində Balti  Bələdiyyəsinin yaxşı təcrübəsi – Sosial İnklüzivlik Strategiyası haqqında məlumat verilib.Səfərdə Azərbaycandan müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 10 QHT, o cümlədən Əlilliyi olan Şəxsləri Təşkilatları İttifaqı və Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyinin nümayəndələri də iştirak edib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu