Dünya

Ekoloji fəallar üçün dünyanın ən təhlükəli bölgəsinin adı açıqlandı

2024-cü ildə müstəqil “Global Witness” təşkilatının hesabatına əsasən, dünyada ekoloji və torpaq hüquqları uğrunda mübarizə aparan fəallardan hər həftə təxminən üç nəfər öldürülür və ya itkin düşür. Bu halların böyük əksəriyyəti – təxminən 82 faizi – Latın Amerikası ölkələrində baş verir.

Fəalların çoxu yerli icmaların nümayəndələridir: kəndlilər, yerli tayfalar və afro-amerikalı icma üzvləri. Onlar əsasən meşələrin qırılması, mədənçıxarma, enerji layihələri və torpaqdan sui-istifadə kimi fəaliyyətlərə qarşı çıxarkən hədəfə alınırlar.

Global Witness bildirir ki, hökumətlər bu qətlləri və təhdidləri araşdırmaqda ləng davranır, bu isə cəzasızlıq mühitini gücləndirir və yeni zorakılıqlara şərait yaradır.

Mənbə: Global.Witness

Aynur Camal

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu