Donald Tramp, Kanada ABŞ münasibətləri, Bombardier, ticarət müharibəsi, ABŞ Kanada tarifləri, təyyarə satışı, Kanada iqtisadiyyatı, ABŞ ticarət siyasəti
Dünya

Tramp Kanadaya ultimatum verdi: Bombardier təyyarələrinin ABŞ-da satışı dayandırıla bilər

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanadanın təyyarə istehsalçısı Bombardier şirkətinə xəbərdarlıq edərək istehsal müəssisələrini ABŞ-a köçürməyəcəyi təqdirdə şirkətin təyyarələrinin ABŞ bazarında satışının qarşısının alınacağını bildirib.

Tramp Truth Social hesabında yazıb ki, Bombardier ABŞ bazarında fəaliyyət göstərmək istəyirsə, istehsalını ölkə daxilində həyata keçirməli və ABŞ-ı yalnız gəlir mənbəyi kimi görməkdən imtina etməlidir. O, həmçinin Kanadanın ABŞ bankları və şirkətlərinə bazara çıxışla bağlı maneələr yaratdığını iddia edib.

Bu açıqlama iki ölkə arasında ticarət gərginliyinin yenidən artdığı bir vaxtda səslənib. Kanada ABŞ mənşəli məhsullara ümumilikdə 20 milyard dollar həcmində cavab tarifləri tətbiq etməyə hazırlaşır. Ölkələr arasında ticarət danışıqları isə son həftələrdə ciddi şəkildə çətinləşib.

Bombardier ABŞ-da 3500 nəfəri birbaşa işlətdiyini və ölkə iqtisadiyyatında on minlərlə dolayı iş yerinin formalaşmasına töhfə verdiyini bildirib. Şirkət istehsalının Kanada, ABŞ və Meksikadakı müəssisələr arasında bölündüyünü və fəaliyyətinin USMCA sazişinə uyğun olduğunu açıqlayıb.

Kvebek hökuməti də şirkətlərin harada istehsal edəcəyinə xarici qüvvələrin qərar verə bilməyəcəyini bildirib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Avstraliya texnologiya şirkətlərini böyük cərimələrlə hədələdi

Aynur Camal

Robotlar süni intellektə qarşı etiraz keçirdi: İş yerlərini qoruyun

Aynur Camal

Bir əsrdən sonra işıldayan qurdlar yenidən Şimali Yorkşirə qayıtdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu