4 C
Baku
15 Yanvar 2026, 7:47
Sosial

“Vətən fədailəri: Şabran-Siyəzən-Xızı şəıhidlər” kitabında 100 şəhidin xatirəsi əbədiləşdi

Tarixə Şəhid qanı ilə yazılan Şanlı tariximizin beşinci ildönümü Zəfər təntənəsi ilə qeyd olundu.

Bu münasibətlə AYB-nin və AJB-nin üzvü, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, şair-publisist Manya Səxavətqızının 12-ci kitabı oxuculara təqdim olunub.

Bugun.tv– yə daxil olan məlumata görə, 14 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Mədəniyyət Nazirliyinin göstərişi ilə Xızı rayon Heydər Əliyev Mərkəzində Şəhidlərimizin adlarının, qəhrəmanlıqlarının əbədiləşdirildiyi “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin V-hissəsi olan “VƏTƏN FƏDAİLƏRİ: ŞABRAN-SİYƏZƏN-XIZI ŞƏHİDLƏRİ” kitabının ilk təqdimatı keçirilib.

Tədbir Müdafiə Nazirliyinin 5-ci korpus komandanlığının tərkibində olan Hərbi orkestrın və “N”saylı hərbi hissənin şəxsi heyəti, Şəhid ailələri, rayon ictimayyəti və digər bölgələrdən gələn qonaqların iştirak ilə keçirildi. Öncə hərbi orkestrın müşayəti ilə Şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib və dövlət himnimiz səslənib.

Ardınca kitabın müəllifi Manya Səxavətqızı, dəstəkçisi Şahin Məmmədov və digər qonaqlar öz çıxışlarına kitabın və tədbirin mahiyyəti haqqında öz fikirlərini bölüşdülər. Sonda bütün qonaqlara kitab təqdim olundu və xatirə şəkilləri çəkildi.

Mənbə: Paraqraf.com

Aynur Camal

Oxşar xəbərlər

Xəzər Universitetinin rəhbərliyi Ankarada işgüzar səfərdə olub FOTO

Aynur Camal

Aqil Məmmədov: Elektron diplom və attestatlara keçid illik 1 milyon manata yaxın vəsaitə qənaət edəcək

Aynur Camal

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair MÜRACİƏTİ

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu