30 C
Baku
15 Sentyabr 2026, 15:03
Baş xəbər

Bu gün Türkdilli Dövlətlərin QHT-ləri həmrəylik forumu başa çatır

Bugun.tv– xəbər verir ki, Bakıda başlayan və noyabrın 23-dən davam edən (23 – 26)  ilk “Türkdilli Dövlətlərin Təşkilatı (TDT)” üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumu öz işini yekunlaşdırır.

Xatırladaq ki, Forum çərçivəsində Bakıdan başlayan məruzə və panel müzakirələri Naxçıvan Muxtar Respublikasında davam edib. Orada təşkilatçılar yeni “TDT QHT Platforması”nın təsisi ilə bağlı rəsmi addımlar atıblar.

Forumun son günündə də, yəni bu gün iştirakçılar Naxçıvanın bir neçə önəmli obyekti ilə tanış olacaq, eyni zamanda yekun ortaq bəyanat qəbul edəcəklər.

Yeni yaradılacaq QHT Platforması vasitəsilə TDT-yə üzv ölkələrdən QHT-lər gələcəkdə birlikdə daha sıx əməkdaşlıq edəcəklər.

Həmçinin, rəsmi mənbələrin verdiyi məlumata görə, forumun yekunu, türkdilli dövlətlər arasında vətəndaş cəmiyyəti təşkilatlarının inteqrasiyası və ortaq layihələr üçün yeni imkanlar açır.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

M. Həsənli: “Sahibkar ən azı dörd gününü ayrı-ayrı dövlət qurumlarının yaratdığı əsassız problemləri həll etməyə sərf edir”

Aynur Camal

Azərbaycanda Bilik Günüdür: yeni tədris ilində 2,2 milyon nəfər təhsil alacaq

Aynur Camal

Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavinini qəbul edib – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu