30 C
Baku
15 Sentyabr 2026, 13:40
Baş xəbər

“Sahibkar ən azı dörd gününü ayrı-ayrı dövlət qurumlarının yaratdığı əsassız problemləri həll etməyə sərf edir”

Bugun.tv xəbər verir ki, azərbaycanlı iş adamı Mürvət Həsənli sosial şəbəkə hesabında bürokratik əngəllər yaradan bəzi dövlət qurumlarını tənqid edib: “Səbrin də bir həddi var. Nə qədər olar?! Həftənin ən azı dörd gününü ayrı-ayrı dövlət qurumlarının yaratdığı əsassız problemləri həll etməyə sərf edir”.

Mürvət Həsənli həmçinin qeyd edib ki, sahibkar istehsalın artırılması, yeni iş yerlərinin yaradılması və investisiya qoyuluşu əvəzinə vaxtını süni maneələrin aradan qaldırılmasına sərf etməli olur.

İş adamı Prezidentin sahibkar və fermerlərin fəaliyyətinə maneə yaradılmaması ilə bağlı dəfələrlə tapşırıq verdiyini xatırladıb. Onun sözlərinə görə, sahibkara yaradılan əsassız problemlər təkcə onun fəaliyyətinə deyil, istehsala, məşğulluğa və vergi öhdəliklərinə də mənfi təsir göstərə bilər.

Həsənli vurğulayıb ki, sahibkar dövlətdən imtiyaz deyil, qanunun işləməsini və ədalətli münasibət göstərilməsini istəyir.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda Bilik Günüdür: yeni tədris ilində 2,2 milyon nəfər təhsil alacaq

Aynur Camal

Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavinini qəbul edib – FOTO

Aynur Camal

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu