14 C
Baku
30 Aprel 2026, 14:28
Dünya

D. Trampın xüsusi nümayəndəsi Rusiyanın lobbiçiliyini edirmiş

“ABŞ prezidentinin xüsusi nümayəndəsi S. Uitkofla Rusiya prezidentinin köməkçisi Y. Uşakovun telefon danışıqları deşifrə olunub. Məlum olub ki, ABŞ geosiyasi maraqlarına zərbə vuran 28 maddəlik sülh planı S. Uitkofla Rusiya Dimitriyev hazırlayıb. D. Tramp xüsusi nümayəndəsi S. Uitkofun bir neçə dəfə Moskvaya səfəri və V. Putinlə görüşü fonunda tərəflər arasında “isti” münasibətlər formalaşıb. S.Uitkof Rusiyanın agenti kimi Vaşinqtonda iş aparıb”.

Bu barədə məlumatı siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında verib.

O qeyd edib ki, S. Uitkof Ukrayna ilə bağlı danışıqlardan kənarlaşdırılacaq.

Onun bir neçə dəfə Rusiya səfərindən sonra ABŞ -Ukrayna arasında böhran yarandığı aydın görünürdü. Axırıncı dəfə V. Zelenskinin ABŞ səfirini nəticəsiz baş tutmasında S. Uitkofun Moskvada “ayı” xidməti idi. Görünür, S. Uitkof neçə milyon dollar qarşılığında Rusiyanın Ag Evdə lobbiçiliyini edirmiş. Artıq S. Uitkofun vəzifədə qalması, D. Trampın reytinqinə mənfi təsir edəcək. Demokrat senatorlar bundan istifadə edib, D. Trampı tənqid edəcək. Həmçinin Respublikaçılar arasında fikir ayrılıqları dərinləşəcək.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu