8 C
Baku
7 Fevral 2026, 22:37
Digər

Bakıda BƏƏ-nin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirildi

Bugun.tv– xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Müstəqillik Gününün 54-cü ildönümünə həsr olunmuş rəsmi qəbulda iştirak edib. Deputat öz iştirakına dair məlumatı sosial media hesabında paylaşaraq tədbirin əhəmiyyətini vurğulayıb.

C. Məmmədov tədbirdə çıxış edən BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Müstəqillik Gününün tarixi və siyasi önəmini qeyd etdiyini, ölkəsinin dayanıqlı inkişaf modeli, eləcə də BƏƏ-Azərbaycan arasında ticarət və investisiya əlaqələrinin sürətli artımından danışdığını vurğulayıb.

O həmçinin qeyd edib ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Nazir xüsusilə bərpaolunan enerji, şəhərsalma, rəqəmsal iqtisadiyyat və investisiya sahələrində geniş əməkdaşlıq imkanlarının formalaşdığını diqqətə çatdırıb.

“Qəbulda səsləndirilən fikirlərə görə, bu kimi yüksək səviyyəli tədbirlər iki ölkə arasında qarşılıqlı etimadı gücləndirir, strateji tərəfdaşlığın inkişafına töhfə verir və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini genişləndirir. Həmçinin diplomatik münasibətlərin, mədəniyyətlərarası əlaqələrin və sosial həmrəyliyin möhkəmlənməsi üçün mühüm platforma rolunu oynayır” – deyə deputat Ceyhun Məmmədov bildirib.

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu