7 C
Baku
8 Fevral 2026, 10:45
Sosial

Azərbaycan Müdafiə Nazirliyində xarici ölkələrin hərbi attaşeləri ilə görüş keçirilib

Bugun.tv xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyində  xarici dövlətlərin akreditasiyadan keçmiş hərbi attaşelərinin iştirakı ilə 2025-ci ilin nəticələrinə dair görüş keçirilib.

Tədbirdə beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində ilin mühüm döyüş koordinasiyaları, qarşılıqlı fəaliyyət istiqamətləri və təhlükəsizlik məsələləri müzakirə olunub. Görüşdə 28 ölkədən 41 hərbi attaşe iştirak edib və qarşılıqlı maraq doğuran əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Bu görüşün keçirilməsinin məqsədi Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq tədbirlərdə rolunun gücləndirilməsi, tərəfdaş ölkələrlə təhlükəsizlik və müdafiə sahəsində əlaqələrin daha da dərinləşdirilməsi kimi göstərilir.

Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Ekspertlər: mədə yanmasını təkcə acı və yağlı yeməklər yaratmır

Aynur Camal

Moda 2026: Gen Z 2000-ci illərin aktiv geyim üslubunu yenidən populyarlaşdırır

Aynur Camal

“Gənclər Azərbaycanın inkişafında aparıcı qüvvədir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu