24 C
Baku
21 Sentyabr 2026, 22:32
Atatürk Universiteti, Bakı, məzun mərasimi, Azərbaycan-Türkiyə təhsil əlaqələri, Açıq və Uzaqdan Təhsil fakültəsi, Ahmet Hacımüftüoğlu, Azərbaycanlı məzunlar, Türkiyədə təhsil, ali təhsil, Bakı-Türk Anadolu Liseyi
Sosial

Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək

Atatürk Universitetinin Açıq və Uzaqdan Təhsil fakültəsi Azərbaycanda təhsil alan tələbələri üçün Bakıda məzun mərasimi keçirəcək.

Bugun.tv xəbər verir ki, mərasim sentyabrın 26-da saat 14:00-da Bakı-Türk Anadolu Liseyinin həyətində təşkil olunacaq. Tədbirdə universitet və fakültə rəhbərliyi, Türkiyə və Azərbaycandan dəvət olunan qonaqlar, məzunların ailə üzvləri, eləcə də təxminən 200 məzun iştirak edəcək.

Proqram Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayacaq. Daha sonra Atatürk Universitetinin və Açıq və Uzaqdan Təhsil fakültəsinin fəaliyyəti, tələbələrin təhsil müddətində keçdiyi yol barədə məlumat veriləcək.

Tədbir çərçivəsində təhsil müddətində uğur qazanan tələbələr mükafatlandırılacaq, yüksək nəticə göstərənlərə isə plaketlər təqdim olunacaq. Ardınca məzunlar səhnəyə dəvət olunacaq və diplomlarını Atatürk Universitetinin rektoru, professor Ahmet Hacımüftüoğlunun əlindən alacaqlar.

Mərasimin sonunda məzunlar ənənəvi olaraq papaqlarını havaya atacaq və kollektiv foto çəkdirəcəklər.

Qeyd edək ki, Atatürk Universitetinin Açıq və Uzaqdan Təhsil fakültəsi vasitəsilə Azərbaycanda tələbələrə ali təhsil imkanı yaradılması iki ölkə arasındakı təhsil əlaqələrinin nümunələrindən biridir. Bakıda keçiriləcək məzun mərasiminin həm tələbələrin təhsil yolunun başa çatmasını qeyd edəcəyi, həm də Azərbaycan-Türkiyə akademik və mədəni əlaqələrinə töhfə verəcəyi bildirilir.

Mənbə: AzTurkXeber.Az

Aynur Camal

Oxşar xəbərlər

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

Üzü daha gənc göstərən eynək çərçivələri açıqlandı

Aynur Camal

Çay və qəhvəni çox isti içməklə bağlı yeni araşdırma aparılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu