10 C
Baku
17 Fevral 2026, 2:15
Baş xəbərSiyasət

“Avropa Parlamentinin qətnaməsi erməni–rus lobbisinin layihəsidir”

“Avropa Parlamentinin həbsdə olan erməni separatçıları və Qarabağdan könüllü köç etmiş ermənilərlə bağlı qəbul etdiyi qətnamələr Azərbaycan–Ermənistan arasında davam edən sülh prosesinə ciddi zərbə vurur. Bu sənədlərdə sözügedən məsələlərin qabardılması nə regional sabitliyə, nə də Ermənistanın hazırkı hökumətinin siyasi maraqlarına cavab verir” – deyə siyasi ekspert Məhəmməd Əsədullazdə öz sosial media hesabında  mövzu ilə bağlı açıqlama verib.

O qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə Qarabağ ermənilərinin geri dönüşünü gündəmə gətirmir. Eyni zamanda, həbsdə olan separatçı liderlərin azad olunmasında da maraqlı deyil. Çünki həmin şəxslər uzun illər Ermənistan siyasətində dominant mövqe tutmuş Qarabağ klanının nümayəndələridir və birbaşa Moskvanın təsir dairəsində olublar. Onların azadlığa buraxılması Paşinyanın hakimiyyəti üçün daxili siyasi risklər yarada bilər.

Avropa Parlamentinin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğu bilinən separatçıların azadlığa buraxılmasına çağırış etməsi, bu qurum daxilində erməni–rus lobbi şəbəkəsinin təsirinin nəticəsidir. Əgər bu separatçılar gələcəkdə Ermənistana qayıdarsa, onların siyasi və ideoloji fəaliyyəti Avropa İttifaqının deyil, məhz Rusiyanın maraqlarına xidmət edəcək. Bu isə Avropa İttifaqının Ermənistanı Qərbə inteqrasiya etdirmək siyasətinə ciddi maneələr yarada bilər.

Bununla da, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamələr göstərir ki, qurum müəyyən lobbi qruplarının təsiri altında öz strateji və geosiyasi maraqlarına zidd mövqe nümayiş etdirir. Nəticədə həm regional sülh prosesinə, həm də Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə zərər vurulur.

Məhəmməd Əsədullazdə Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Rəsmi olaraq Azərbaycan və Serbiya strateji tərəfdaşlıq şurası yaradıldı

Aynur Camal

OpenAI-dən Google-a qədər Hindistan qlobal AI sammitinə ev sahibliyi edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu