Dünya

Ceyhun Məmmədov: “Gənclərin enerjisi Azərbaycan–Türkiyə qardaşlığının gələcəyinə böyük ümid yaradır”

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Gənc MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilən “By Protocol” proqramı çərçivəsində gənclərlə keçirilən görüş barədə paylaşım edib.

Deputat bildirib ki, görüş zamanı ölkəmizdə təhsil alan türk gənclər də daxil olmaqla iştirakçıların fəallığı, müzakirələrə marağı və müxtəlif baxış bucaqları onu olduqca sevindirib. Onun sözlərinə görə, tədbirdə gənclərin cəmiyyətin inkişafında oynadığı mühüm roldan danışılıb, həmçinin liderlik, özünüifadə, karyera planlaması və məqsədyönlü fəaliyyət mövzularında tövsiyyələr verilib.

Ceyhun Məmmədov qeyd edib ki, gənclərin enerjisi, bilik axtarışı və müasir dünyagörüşü ölkəmizin, eləcə də Azərbaycan–Türkiyə qardaşlığının gələcəyi üçün böyük ümid yaradır. Bu cür proqramlar gənclər arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, ortaq dəyərlərin qorunmasına və yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verir.

Millət vəkili Gənc MÜSİAD Azərbaycan komandasına belə bir imkan yaratdıqlarına görə təşəkkür edib və “By Protocol” layihəsinin həm azərbaycanlı, həm də türk gənclər üçün ilhamverici bir platformaya çevriləcəyinə inandığını vurğulayıb.

Bu kimi görüşlər gənclərin şəxsi inkişafına, liderlik bacarıqlarının formalaşmasına və Azərbaycan–Türkiyə münasibətlərinin daha da güclənməsinə xidmət edir. Milli Məclisin deputatı Ceyhun Məmmədovun gənclərlə bağlı təşəbbüsləri cəmiyyət tərəfindən maraqla qarşılanır.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-İran müharibəsi Qətərin qaz ixracını ağır vəziyyətə saldı

Aynur Camal

Uçqun daşqına səbəb oldu: yüzlərlə insan itkin düşd2

Aynur Camal

ABŞ-İran müharibəsi Avropa və Asiyada bərpa olunan enerjiyə keçidi sürətləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu