Baş xəbərİqtisadiyyat

200 manatlıq birdəfəlik sosial yardım kimlərə və necə ödəniləcək? Açıqlama

“Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam dövlətin sosial siyasətində vətəndaşların rifahının yüksəldilməsinin prioritet olduğunu bir daha göstərir”.

Bugun.tv xəbər verir ki, bu barədə açıqlamanı iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında  paylaşıb.

Deputat bildirib ki, 200 manatlıq birdəfəlik maddi yardım yalnız hazırda ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur. Bu isə o deməkdir ki, sosial dəstək təxminən 76 min ailəni əhatə edəcək. Ünvanlı sosial yardıma müraciət etmiş, lakin hələlik yardım təyin olunmayan ailələr bu ödənişdən yararlana bilməyəcək.

Vüqar Bayramovun sözlərinə görə, yardımların ödənilməsi proaktiv qaydada həyata keçiriləcək. Vətəndaşların hər hansı quruma müraciət etməsinə və ya yeni bank kartı almasına ehtiyac yoxdur. Birdəfəlik 200 manat mövcud ünvanlı sosial yardım kartlarına köçürüləcək və digər sosial proqramlarda iştirak edən, lakin ünvanlı sosial yardım almayan şəxslərə bu ödəniş şamil olunmayacaq.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu