18 C
Baku
17 Fevral 2026, 15:18
Digər

Interpolun Əməliyyatı: 19 Afrika ölkəsində 578 Kiber cinayətkar saxlanıldı

Interpolun koordinasiyası ilə həyata keçirilən beynəlxalq əməliyyat çərçivəsində Afrikanın 19 ölkəsində kiber cinayətkarlıqla məşğul olan 578 nəfər saxlanılıb.

“Operation Sentinel” adlı əməliyyat əsasən ransomware hücumları, onlayn fırıldaqçılıq və maliyyə məlumatlarının oğurlanması ilə məşğul olan şəbəkələri hədəf alıb. Araşdırmalar nəticəsində milyonlarla dollarlıq zərərə səbəb olan qruplaşmaların fəaliyyəti ifşa edilib.

Interpol rəsmilərinin verdiyi məlumata görə, əməliyyat nəticəsində təxminən 21 milyon ABŞ dolları dəyərində maddi zərərin qarşısı alınıb və 3 milyon dollara yaxın vəsait geri qaytarılıb. Bundan əlavə, altı fərqli ransomware proqramının şifrələri açılaraq onların gələcəkdə istifadəsinin qarşısı alınıb. Qurum bu əməliyyatı beynəlxalq əməkdaşlığın kiber cinayətkarlığa qarşı mübarizədə nə qədər vacib olduğunun nümunəsi kimi dəyərləndirib.

Mənbə: WorldMedia

Aynur Camal

Oxşar xəbərlər

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu