4 C
Baku
15 Yanvar 2026, 0:20
Digər

“V. Putin D. Trampı yenidən V. Zelenski ilə razılaşmasına imkan vermir..”

“ABŞ-ın prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında planlaşdırılan görüş ərəfəsində Rusiya Prezidenti Vladimir Putinin Tramp ilə telefon danışığı aparması diqqət çəkib. Müşahidəçilərin fikrincə, bu zəng Ukrayna ilə mümkün razılaşmaların qarşısını almağa yönəlmiş ola bilər”.

Bugun.tv xəbər verir ki, bu barədə şərhi politoloq Aqil Məmmədov öz sosial media hesabında paylaşımında bildirib.

Məlumata görə, Volodimir Zelenski Donald Tramp ilə danışıqlar aparmaq üçün Florida ştatına səfər edib. Zelenskinin Tramp ilə görüşündən əvvəl Vladimir Putin Tramp ilə təxminən bir saat davam edən telefon danışığı aparıb.

Analitik Aqil Məmmədov bu danışığın Trampa yeni vədlər verməklə Zelenski ilə mümkün razılaşmaları qabaqcadan zəiflətmək məqsədi daşıdığını iddia edirlər.

Qeyd olunur ki, oxşar vəziyyət daha əvvəl də yaşanıb. Oktyabr ayında Zelenskinin ABŞ-a səfəri zamanı Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun Putinə Zelenski Trampa çatmamış əvvəlcədən zəng etməyi tövsiyə etdiyi bildirilirdi. Həmin dövrdə Putinin Tramp ilə telefon danışığından sonra Zelenski–Tramp təmaslarının nəticəsiz qaldığı vurğulanır. Hazırda da analoji ssenarinin təkrarlandığı qeyd edilir.

Həmçinin siyasi ekspert bildirir ki, Rusiya prezidenti Trampın siyasi qərarlarına təsir imkanlarına malikdir və bu prosesdə Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun rolu xüsusi qeyd olunur. Trampın son açıqlamalarında Putinlə “yaxşı söhbət” etdiyini deməsi də bu iddiaları gücləndirib. Digər tərəfdən, Rusiya ordusunun Kiyevə ballistik raket zərbələrini davam etdirməsi fonunda diplomatik prosesin gələcəyi sual altındadır.

Ekspertin fikrincə, Ukrayna ilə danışıqların taleyi Trampın kürəkəni Cared Kuşner və Rusiya ilə əlaqələrdə adı çəkilən Stiv Uitkof kimi fiqurların təsir dairəsində qalarsa, Moskvanın mövqeyi güclənə bilər. Bildirilir ki, ABŞ Dövlət katibi Marko Rubio bu danışıqlar prosesindən kənarda saxlanılıb, çünki onun mövqeyi Ukraynanın müdafiəsinə yönəlib. Pentaqonun da prosesdə iştirak etmədiyi qeyd olunur.

Eyni zamanda şərhçilər hesab edirlər ki, siyasi təcrübəsi olmayan və daha çox biznes maraqlarına xidmət edən məhdud bir çevrənin Moskva ilə danışıqlar aparması Rusiya rəhbərliyi üçün əlverişlidir. Bu vəziyyətdə Ukraynanın maraqlarının qorunmasında Böyük Britaniya və Avropa İttifaqının daha fəal rol oynaya biləcəyi vurğulanır.

Aynur Camal

Oxşar xəbərlər

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Gəminin batması nəticəsində minlərlə insan dənizdə itdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu