Maraqlı faktlar

Şimal yarımkürə ilin ən qısa gününə hazırlaşır

Şimal yarımkürədə 21 dekabr 2025-ci il tarixində ilin ən qısa günü kimi qeydə alınıb.

Bu tarixlə birlikdə astronomik qış fəsli rəsmi olaraq başlayacaq.

Sözügedən gün eyni zamanda gün dönümü adlanır və Günəş şüalarının Yerə düşmə müddətinin ən qısa olduğu anı ifadə edir. Eyni vaxtda Cənub yarımkürədə tam əks proses baş verir — ilin ən uzun günü yaşanır və yay mövsümü başlayır. Bu hadisə Yer kürəsinin Günəş ətrafında fırlanması zamanı oxunun meyilli olması ilə əlaqədardır və hər il təkrarlanır.

Qış gün dönümü zamanı Günəş səmada ən aşağı mövqedə görünür, nəticədə şimal yarımkürədə gündüzlər ən qısa, gecələr isə ən uzun olur. Alimlərin fikrincə, bu tarix ilin ən qaranlıq günü sayılsa da, məhz bundan sonra gündüzlərin tədricən uzanmağa başlaması müsbət dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.

Tarix boyu bir çox xalqlar bu təbii hadisəni xüsusi mərasimlər və rituallarla qeyd edib.

Astronomlar gün dönümünü latın mənşəli “solstice” termini ilə ifadə edirlər. Bu söz “günəş” və “dayanma” mənalarını verir və Günəşin səmadakı hərəkətinin müəyyən bir nöqtədə dayanmasını simvolizə edir. Qış gün dönümü zamanı Yer kürəsinin şimal hissəsi Günəşdən ən uzaq meyildə yerləşir ki, bu da ilin ən qısa işıqlanma müddətinə səbəb olur. Məhz bu astronomik hadisə fəsillərin dəyişməsində əsas rol oynayır.

Mənbə: TRT haber

Aynur Camal

Oxşar xəbərlər

Bilirdinizmi? Dünyanın ən böyük duz səhrası yağışdan sonra güzgüyə çevrilir

Aynur Camal

Dünyanın ən soyuq şəhərində həyat necə davam edir?

Aynur Camal

Soyuq kokos üçün əlavə ödəniş tələb olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu