26 C
Baku
24 Sentyabr 2026, 10:32
Dünya

İki sərnişin qatarı toqquşdu

Perunun məşhur Maçu Pikçu turizm marşrutu yaxınlığında iki sərnişin qatarı toqquşub, nəticədə ən azı bir nəfər həlak olub və təxminən 30-a yaxın sərnişin yaralanıb. Toqquşma Cuzco vilayətində, Qoriwayrachina ərazisi yaxınlığında baş verib. Qatarların biri Maçu Pikçudan qayıdırmış, digəri isə ora gedirmiş. Qatar xətlərində xidmət müvəqqəti dayandırılıb və xilasetmə əməliyyatları davam edir.

Həlak olan şəxs qatar işçisi olaraq təsdiqlənib və yaralananlar arasında həm yerli, həm də xarici turistlərin olduğu bildirilib. Hadisənin səbəbi hələ müəyyən edilməyib, lakin yayılan görüntülərdə qırılmış şüşələr və ciddi dəymiş vaqonlar görünür. Qəza turizm mövsümündə baş verdiyi üçün xətt boyunca çoxlu turist sərnişinləri olub.

Peru hökuməti və yerli orqanlar zərərçəkənlərə kömək göstərmək üçün Turist Qoruma Şəbəkəsini fəallaşdırıb, yaralananlar xəstəxanalara yerləşdirilir və təhlükəsizlik tədbirləri gücləndirilir. Qatar yolları təmizlənənə qədər xətt üzrə xidmətin müvəqqəti dayandırılacağı açıqlanıb.

Mənbə: News.Sky

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Britaniya Rusiyanın NATO-ya hücum planı barədə məlumatı olmadığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu