Dünya

Ayılar evlərə girməyi öyrənir: mütəxəssis gələn il vəziyyətin çətinləşə biləcəyini deyir

Bugun.tv xəbər verir ki, Rusiyanın Soçi Milli Parkının elmi əməkdaşı Revaz Pruidze ayıların insanların yaşadığı evlərə və bağ evlərinə daxil olmasının gələn il daha geniş yayıla biləcəyi barədə xəbərdarlıq edib.

“Mail.ru”nun TASS-a istinadən yaydığı məlumata görə, 2026-cı ildə bəzi ayılar həyətlərə girərək alma ağaclarından meyvə yeyib, daha sonra evlərdəki qida məhsullarına da maraq göstəriblər.

Mütəxəssisin sözlərinə görə, bir dəfə evə girərək soyuducudakı yeməkləri və ya dolabdakı şəkəri tapan ayı həmin yeri asan qida mənbəyi kimi yadda saxlaya bilər. Belə olduqda heyvan əvvəlki kimi alma ağaclarına və ya toyuq hinlərinə üz tutmaq əvəzinə, yenidən evlərə girməyə çalışa bilər.

Pruidze ayıların öyrənmək və ətraf mühitə uyğunlaşmaq qabiliyyətinin yüksək olduğunu vurğulayıb. Onun fikrincə, bu il evlərə daxil olmuş və təbiətə qaytarılmış ayılar 2027-ci ildə də eyni davranışı təkrarlaya bilərlər.

Soçi Milli Parkı və “Roza Xutor” kurortu isə ayıların zibil qutularına yaxınlaşmasının qarşısını alan qoruyucu sistemlərin qurulması imkanlarını nəzərdən keçirir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna Rusiyaya 1200-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum etdi

Aynur Camal

Payız yarpaqlarının rəngini nə müəyyən edir? Alimlər yeni amili üzə çıxarıblar

Aynur Camal

83 yaşlı Hermès varisinin milyardlarla dollarlıq sərvətinin yoxa çıxması işi üzrə yeni qərar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu