Birləşmiş Millətlər Təşkilatı (BMT) 1945-ci il 24 oktyabrda rəsmi olaraq fəaliyyətə başlamışdır — bu gün hər il BMT Günü kimi qeyd edilir. Təşkilatın yaradılması İkinci Dünya Müharibəsinin dağıdıcı təsirlərindən sonra sülh və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi ilə həyata keçirilmişdir. BMT-nin Nizamnaməsi San-Fransisko konfransında 51 dövlət tərəfindən imzalanmış və oktyabrın 24-də qüvvəyə minmişdir.
BMT sülhməramlı missiyaları və büdcəsi
BMT bu gün təxminən 12 sülhməramlı missiya həyata keçirir və bu missiyalarda 90,000-dən çox hərbi, polis və mülki işçi xidmət edir — bu personal dünyanın müxtəlif regionlarında davamlı sülh və təhlükəsizlik üçün çalışır.
Təşkilatın 2024-2025 büdcəsi təxminən 3.72 milyard dollar təşkil edib, sülhməramlı missiyalara isə ayrıca büdcədən (təxminən 5.9 milyard dollar) vəsait ayrılır.
BMT-nin dili və agentlikləri
BMT-nin fəaliyyəti çoxşaxəlidir: təşkilat 6 rəsmi dili– ərəb, Çin, ingilis, fransız, rus və ispan dillərini istifadə edir, bu dillər beynəlxalq kommunikasiya və qərarvermə üçün əsasdır.

BMT-nin sisteminə daxil olan agentliklərdən biri Dünya Yemək Proqramı (World Food Programme, WFP)-dir ki, bu da dünyada 100-dən çox ölkədə milyonlarla insan üçün ərzaq yardımı həyata keçirir.
Mənbə: DevelopmentAid
