Image default
Digər

İl ərzində 128 jurnalistin öldürülməsi qlobal narahatlıq yaratdı

Beynəlxalq Jurnalistlər Federasiyasının yaydığı son hesabatda bildirilir ki, 2025-ci il ərzində dünya üzrə 128 jurnalist öldürülüb. Bu rəqəm son illərin ən yüksək göstəricilərindən biri hesab olunur və media azadlığı ilə bağlı ciddi narahatlıq yaradıb.

Hesabata əsasən, öldürülən jurnalistlərin böyük əksəriyyəti münaqişə zonalarında fəaliyyət göstərən media nümayəndələridir. Xüsusilə Yaxın Şərq regionunda vəziyyətin gərgin olması jurnalistlər üçün riski daha da artırıb. Bir çox hallarda araşdırma aparan jurnalistlər hədəfə çevriliblər.

Federasiya beynəlxalq ictimaiyyəti jurnalistlərin təhlükəsizliyinin təmin olunması üçün təcili addımlar atmağa çağırıb. Bildirilib ki, cəzasızlıq mühiti davam etdikcə media işçilərinə qarşı zorakılıq halları azalmaq əvəzinə artacaq.

Mənbə: ArabNews

Aynur Camal

Oxşar xəbərlər

Hostinq və domen nədir?

Teymur Əziz

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu