İlham Əliyev
Dünya

Prezident İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.

Məktubda İsveçrənin Kran-Montana şəhərində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə dərin hüzn ifadə olunub. Prezident İlham Əliyev faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara tezliklə şəfa diləyib.

Dövlət başçısı qeyd edib ki, bu faciəvi hadisə Azərbaycan xalqını da dərindən kədərləndirib və İsveçrə xalqının ağrısını bölüşür.

Başsağlığı məktubunda Azərbaycan tərəfinin İsveçrə xalqı ilə həmrəy olduğu vurğulanıb.

Xəbər verildiyi kimi, Kran-Montana şəhərində baş vermiş yanğın nəticəsində ölən və xəsarət alanlar var.

Mənbə: Report.az

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu