Sosial

Qərbi Azərbaycan Amasiya rayon İcması Qadınlar Şurasının bayram tədbiri – FOTO

Qərbi Azərbaycan Amasiya rayon İcması Qadınlar Şurasının bayram tədbiri keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı, Amasiya rayonunun ziyalı xanımları, şəhid anaları, Qərbi Azərbaycanın digər rayonlarını təmsil edən xanımlar iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Amasiya rayon İcması Qadınlar Şurasının sədri Teyfə Zilfiqarova çıxış edərək qarşıda duran vəzifələr haqqında məlumat verib. Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı Prezident İlham Əliyevin tövsiyələrini rəhbər tutaraq Qərbi Azərbaycan İcmasında görülən işlər barədə məlumat verib. Amasiya rayon İcmasının sədr müavini Elmar Hüseynov akademik Abel Məhərrəmovun salamlarını və Yeni il təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Həcər Hüseynova, şəhid Murad Məmmədovun anası Mürvət Məmmədova, şəhid Orxan Hüseynovun anası Xalidə Hüseynov, o cümlədən Səmayə İsmayılova, Dürrə Vəliyeva, Dilarə Mövlayeva, Zoya Əliyeva, Arzu Abbasova, Təranə Abbasova, Vətəngül Beyazıtoğlu, Sona Hümbətova, Bahar Qasımova, Natavan Mustafayeva və Ülkər Əzizovanın çıxışından sonra tədbir çay süfrəsi arxasında davam edib və “Ağbaba yallısı”nın ifası ilə başa çatıb.

Mənbə: Redaktor.az

Aynur Camal

Oxşar xəbərlər

Günəşli tərəfə baxan mənzillərdə istidən necə qorunmaq olar? – Mütəxəssislərdən 10 məsləhət

Aynur Camal

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Qalan salatı ləzzətli Asiya üslublu omletə çevirmək mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu