Baş xəbərSiyasət

Rusiya istintaqı AZAL təyyarəsinin vurulmadığını qeyd edib..

Bugun.tv– xəbər verir ki, Rusiya AZAL Təyyarəsi ilə bağlı cinayət işinin sənədini Azərbaycana göndərib.

Bu barədə açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında bildirib ki, cinayət işində əlverişsiz hava şəraitindən dolayı, Təyyarə Rusiya ərazisindən eniş edə bilməyib və Qazaxıstanda yerə çırpılıb. Bununla da cinayət işinə xitam verilib. Amma, Düşənbədə V. Putin məhz təyyarənin vurulmasını etiraf edərək, kompensasiya ödəyəcəyini və məsul şəxslərin cəzalandırılmasına söz vermişdi.

Ekspert hesab edir ki, Rusiya Azərbaycana kompensasiya ödəməyəcək və vurulanlar cəzalandırılmayacaq. Ümumiyyətlə, istintaq təyyarənin vurulmasını qeyd etmir, özü yerə çırpılıb deyə bildirib.

“Azərbaycanın şərtlərini Rusiya qəbul etmədi”.

Həmçinin politoloqun sözlərinə görə, bu Rusiyanın Azərbaycana qarşı mənfi siyasətinin təzahürüdür. Demək, Rusiya Azərbaycana təzyiq etməyə çalışır. Rəsmi Bakı ilə konstruktiv əməkdaşlıq deyil, əlaqələri böhrana sürükləmək siyasəti aparılır. Azərbaycanın ABŞ-la ikitərəfli əlaqələri inkişaf etdirməsi, Moskvada da narahatlıqla qarşılanır.

Eyni zamanda Məhəmməd Əsədullazadə vurğulayıb ki, Rusiyanın bu mövqeyi bir ölkə üçün utancdır. Prezident Vladimir Putin bir söz deyir, istintaq tam ayrı bir söz deyir. Buradan da belə nəticə çıxır ki Rusiya özü Azərbaycanla böhran yolunu seçib.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu