4 C
Baku
15 Yanvar 2026, 0:22
Dünya

Bu gün pravoslav xristianlar Milad bayramını qeyd edirlər

Bu gün dünya üzrə milyonlarla pravoslav xristian Milad bayramını qeyd edir.

Pravoslav təqviminə əsasən yanvarın 7-nə təsadüf edən bu müqəddəs gün İsa Məsihin dünyaya gəlişini simvolizə edir və dərin dini-mənəvi məna daşıyır. Bayram münasibətilə kilsələrdə xüsusi ibadətlər keçirilir, dualar oxunur.

Milad bayramı pravoslav icmaları üçün birlik, mərhəmət və xeyirxahlıq rəmzi hesab olunur. Bu gün ailələr bir araya gəlir, bayram süfrələri açılır, ehtiyacı olanlara yardım göstərilir. Bayram ənənələrinə uyğun olaraq insanlar bir-birini təbrik edir, sülh və rifah arzuları diləyirlər.

Azərbaycan da multikultural və multikonfessional ölkə kimi bu bayramı qeyd edən icmaların dini azadlıqlarını təmin edir. Pravoslav icmasına mənsub vətəndaşlar Milad bayramını sərbəst şəkildə qeyd edir, bu da ölkəmizdə hökm sürən tolerantlıq mühitinin daha bir bariz nümunəsidir.

Bugun.tv

Aynur Camal

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu