Bugun.tv xəbər verir ki, Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə İstanbulun tarixi Qalata Qülləsi və 15 İyul Şəhidləri Körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Anadolu Agentliyinin noyabrın 8-də yaydığı məlumata görə, bu barədə İstanbul Valiliyinin sosial media hesabında paylaşım edilib.
Paylaşımda bildirilib ki, şəhərin tanınmış rəmzlərindən olan Qalata Qülləsi və 15 İyul Şəhidləri Körpüsü xüsusi işıqlandırma ilə Azərbaycanın üçrəngli bayrağının rənglərinə bürünüb.
İstanbul Valiliyi bu təşəbbüsün iki ölkə arasındakı qardaşlığın, həmrəyliyin və ortaq tarixin ifadəsi olduğunu vurğulayıb. Paylaşımda “İki dövlət, bir millət” anlayışına diqqət çəkilərək Qarabağ Zəfərinin ildönümü təbrik edilib.
İstanbulun tarixi və müasir rəmzlərinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması Türkiyədə Zəfər Gününə göstərilən diqqətin daha bir nümunəsi olub.
Mənbə: AnadoluAgentliyi
