11 C
Baku
13 Mart 2026, 18:42
Baş xəbər

Yasamalda 20 Yanvar Şəhidlərinin Anım Gününə həsr olunan tədbir keçirilib

Bugun.tv – xəbər verir ki, bu gün Azərbaycanın bir çox bölgələrində 20 Yanvar Şəhidlərinin anım günü ilə bağlı tədbirlər keçirilib. Bu tədbirlərdən biri də Yasamal rayon MKS-nin 4 nömrəli kitabxana filialında təşkil olunub.

Anım mərasimi ilk olaraq Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin 4 nömrəli kitabxana filialının böyük kitabxanaçısı, təşkilatçı Hilanə Babayeva açaraq iştirakçıları salamlayıb və qonaqlara çıxış üçün söz verib.

Tədbirdə şəhid bacısı, şairə Qasımova Gülmaya Feyruzqızı, şairə Vəliyeva Şəhla Qarabağlı, şair Alməmməd Göyçaylı, Qazi İsa Musayev, eləcə də Sumqayıt şəhər şəhid ailələrinə qayğı cəmiyyətinin rəhbəri Seyid Əfəndi çıxış edərək 20 Yanvar faciəsinin tarixi-siyasi əhəmiyyətindən danışıblar, şəhidlərin xatirəsinin daim uca tutulduğunu bildiriblər.

Onu da qeyd edək ki, şairə Gülmaya Feyruzqızı l Qarabağ müharibəsi zamanı Vətən müharibəsində iştirak edən və Füzuli rayonunun Böyük Bəhmənli kəndinin azadlığı uğrunda döyüşərkən şəhid olan Ayaz Feyruz oğlu İsmayılovun bacısıdır.

Anım tədbirində Bugun.tv-nin icraçı direktoru Aynur Camal da iştirak edib. Bədii hissədə T.Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdləri həmçinin Elçin Şəmiyev adına 149N-li Tam orta məktəbin 5 “A”sinif şagirdi Baxşiyeva Fatimə vətənpərvərlik mövzusunda çıxışlar ediblər.

T.Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdləri
T.Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdləri
Elçin Şəmiyev adına 149N-li Tam orta məktəbin 5 “A”sinif şagirdi Baxşiyeva Fatimə

Sonda Birinci və İkinci Qarabağ müharibəsi Şəhidlərinin ( Yasamal rayon şəhidləri xatirə kompleksi) abidəsi önünə gül qərənfillər düzülüb, xatirə fotoları çəkilib.

Aynur Camal

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu