Səhiyyə

Aspirin böhranı: qıtlıq yarandı, ixrac qadağan edildi

İngiltərə hökuməti ölkə daxilində dərman təminatını qorumaq məqsədilə aspirini ixracı qadağan olunan dərmanlar siyahısına əlavə edib. Xüsusilə insult və ürək tutması riskinin qarşısının alınmasında mühüm rol oynayan bu dərmana çıxışda ciddi problemlər yaranıb. Qıtlığın əsas səbəbi kimi istehsal prosesindəki gecikmələr göstərilir.

Təxminən 11 min apteki təmsil edən peşə birliklərinin məlumatına görə, ölkə üzrə apteklər aspirinin tədarükündə böyük çətinliklərlə üzləşir. Aparılan son sorğuya əsasən, İngiltərədəki apteklərin 86 faizi son bir həftə ərzində xəstələrə aspirin təqdim edə bilməyib. Problemin xüsusilə ürək-damar xəstəlikləri üçün həyati əhəmiyyət daşıyan 70 mq-lıq aşağı dozalı tablet formalarında daha qabarıq olduğu bildirilir.

Qıtlıq fonunda aspirinin qiyməti kəskin artıb. Keçən ilin əvvəlində 18 pens olan bir qutunun qiyməti hazırda 3,90 funt-sterlinqə yüksəlib. Buna baxmayaraq, Milli Səhiyyə Xidməti (NHS) apteklərə hər qutu üçün cəmi 2,18 funt geri ödəyir ki, bu da apteklərin hər satışdan orta hesabla 1,72 funt zərər etməsinə səbəb olur.

Mütəxəssislər mövcud vəziyyətin aradan qaldırılması üçün qanunvericiliyə təcili dəyişikliklərin edilməsini və dərman bazarının sabitləşdirilməsini tələb edirlər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Həkim omeqa-3 üçün ən faydalı balıqları açıqladı

Aynur Camal

Pfizer-in yeni preparatı vitiliqo xəstələri üçün ümidverici nəticə göstərdi

Aynur Camal

45 yaşında ağıl dişi çıxması təhlükəlidirmi? – Stomatoloqlardan izah

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu