25 C
Baku
19 Sentyabr 2026, 12:38
Baş xəbərSiyasət

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə Türkiyənin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial media hesabında məlumat verib.

Məlumata görə, səfər çərçivəsində Ankarada iki ölkə liderinin sədrliyi ilə Türkiyə–Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası keçiriləcək.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Danışıqlar zamanı Türkiyə ilə Özbəkistan arasında münasibətlərin hüquqi və müqavilə bazasının möhkəmləndirilməsinə xidmət edən bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur. Eyni zamanda regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması gözlənilir.

Səfər proqramına Türkiyədə baş vermiş 2023-cü il fevral zəlzələsindən sonra Özbəkistanın dəstəyi ilə Hatay vilayətində inşa edilən yaşayış evlərinin açılışı da daxildir. Açılış mərasimi canlı bağlantı vasitəsilə həyata keçiriləcək.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

“Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirildi

Aynur Camal

Gündə cəmi 5 dəqiqə kitab oxumaq orqanizmə necə təsir edir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu