Flags
Hadisə

Küçənin ortasında milyon dollarlıq soyğun

Yaponiyanın paytaxtı Tokio şəhərində küçə ortasında həyata keçirilən cəsarətli soyğun təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

Hücum zamanı təxminən 420 milyon yen (2,7 milyon dollar) məbləğində nağd pul olan çantalar oğurlanıb.

Hadisə axşam saatlarında Tokionun mərkəzi rayonlarından biri olan Taito bölgəsində baş verib. Kyodo agentliyinin məlumatına görə, üç şübhəli şəxs pul dolu üç çantanı avtomobilə yerləşdirən beş nəfərlik qrupa hücum edib. Hücum zamanı şübhəlilər bibər qazından istifadə ediblər.

Məlumata əsasən, hücuma məruz qalan şəxslər arasında iki Çin vətəndaşı da olub. Şübhəlilər çantaları ələ keçirərək hadisə yerindən qaçıblar.

Zərərçəkənlər polisə verdikləri ifadədə çantalarda ümumilikdə 420 milyon yen məbləğində pul olduğunu bildiriblər. Hadisədən sonra ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb, şübhəlilərin saxlanılması üçün əməliyyatlara başlanılıb.

Soyğundan qısa müddət sonra Tokiodakı Haneda Hava Limanının avtodayanacağında oxşar hadisə qeydə alınıb. Pul daşıdığı ehtimal edilən bir şəxs yenidən bibər qazı ilə hücuma məruz qalıb, lakin bu dəfə çanta oğurlanmayıb.

Polis hər iki hadisənin eyni şəxslər tərəfindən törədilə biləcəyi ehtimalını araşdırır və olaylar arasında əlaqənin olub-olmadığını müəyyənləşdirmək üçün istintaqı davam etdirir.

 

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Dörd nəfəri bıçaqlayan qadın həbs edildi

Aynur Camal

Heyvan yemi üçün əkilmişdi, milyonlarla hektar ərazini işğal etdi

Aynur Camal

Cənubi Koreyada rekord istilər: Seul tarixində ilk dəfə ən yüksək səviyyəli istilik xəbərdarlığı elan etməyə hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu