Siyasət

Tramp: Putindən Ukraynaya bir həftə hücum etməməsini xahiş etdim

Rusiya Ukrayna münasibətləri

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən Ukraynaya bir həftə ərzində hücum edilməməsini xahiş etdiyini və Putinin bu təklifi qəbul etdiyini açıqlayıb.

Ağ Evdə narkotiklə mübarizə ilə bağlı fərman imzaladıqdan sonra jurnalistlərə açıqlama verən Tramp bildirib ki, sərt qış şəraiti səbəbindən belə bir müraciət edib. Onun sözlərinə görə, Əbu-Dabidə davam edən sülh danışıqlarında ciddi irəliləyiş əldə olunub və müharibənin sona çatması ilə bağlı nikbinlik var.

ABŞ-nın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff da danışıqlarda mühüm mərhələnin geridə qaldığını deyib. O qeyd edib ki, təhlükəsizlik və rifahla bağlı razılaşmalar böyük ölçüdə tamamlanıb və Ukrayna cəmiyyətində sülhə dair gözləntilər artıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Kolumbiyada prezident seçkilərində Trumpın dəstəklədiyi namizəd qalib gəldi

Aynur Camal

ABŞ-İran danışıqlarında irəliləyiş: tərəflər yekun sazişə yaxınlaşır

Aynur Camal

ABŞ-İran danışıqlarında müsbət irəliləyişlər mümkündür – Məhəmməd Əsədullazadə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu