Abu-Dabi
Dünya

Rusiya–ABŞ–Ukrayna danışıqları Abu-Dabidə keçiriləcək

Rusiya, ABŞ və Ukrayna arasında aparılan üçtərəfli danışıqların 4–5 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə davam etdiriləcəyi bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin sona çatdırılması istiqamətində aparılan proseslə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovdan məlumat aldığını açıqlayıb.

Zelenski bildirib ki, Ukrayna mahiyyətli və real nəticə verəcək danışıqlara hazırdır. Onun sözlərinə görə, Kiyev müharibənin ədalətli və ləyaqətli şəkildə başa çatmasına yaxınlaşdıracaq qərarlarla maraqlıdır.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli danışıqlar 23–24 yanvar tarixlərində də Abu-Dabidə keçirilmişdi. Daha əvvəl Zelenski bu formatda görüşlərin 1 fevralda davam edəcəyini bildirmişdi.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı Ər-Riyada yönələn raketləri zərərsizləşdirib

Aynur Camal

Dəstəmaz suyundan bağçaların suvarılmasında istifadə olunur

Aynur Camal

ÜST qida məhsullarının tərkibinə dair yeni yanaşma təklif edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu