Texnologiya

Gizli qapı tutacaqları qadağan edildi

Avtomobil modelləri

Çin dünyada ilk ölkə olaraq avtomobillərdə gizli elektron qapı tutacaqlarının istifadəsini qanunla qadağan edib. Bu qərar, elektron sistemlərin nasazlığı səbəbindən baş verən və ölüm halları ilə nəticələnən hadisələrdən sonra qəbul olunub.

Çin Xalq Respublikasının Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yayımlanan yeni təhlükəsizlik standartına əsasən, ölkədə satılan bütün avtomobillər mütləq şəkildə çöldən mexaniki qapı tutacaqları və salon daxilindən mexaniki fövqəladə açılma mexanizmi ilə təchiz edilməlidir.

Yeni qaydalar 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.

Məlumata görə, bəzi ağır yol-nəqliyyat hadisələrində elektron sistemlər sıradan çıxdığı üçün sərnişinlər avtomobildə ilişib qalıb və bu hadisələr faciə ilə nəticələnib.

ABŞ-də aparılan araşdırmalar zamanı da Tesla Model Y və Model 3 avtomobillərində mexaniki açılma sistemi olsa belə, onun sərnişinlər üçün aydın olmadığı bildirilib. Xüsusilə uşaqların və təcrübəsiz şəxslərin fövqəladə vəziyyətdə bu mexanizmi tapmaqda çətinlik çəkdiyi qeyd olunub.

Çində də oxşar hadisə Xiaomi SU7 elektromobilində qeydə alınıb.

Yeni standartın hazırlanmasında 40-dan çox avtomobil istehsalçısı və ekspert iştirak edib. Siyahıda BYD, Geely, SAIC, Xiaomi ilə yanaşı General Motors, Ford, Hyundai, Nissan, Porsche, Toyota və Volkswagen kimi beynəlxalq şirkətlər də yer alıb. Maraqlıdır ki, gizli tutacaq dizaynını populyarlaşdıran Tesla bu standartın rəsmi hazırlayıcıları sırasında göstərilməyib.

Standart yalnız mexaniki tutacaqların məcburi olmasını deyil, həmçinin onların yerləşdirilməsi, basma gücü, rəng və toxunma ilə seçilməsi kimi tələbləri də müəyyən edir. Məqsəd fövqəladə vəziyyətdə, panika anında və ya avtomobili tanımayan şəxslər üçün açılma mexanizminin intuitiv şəkildə anlaşılan olmasıdır.

Qaydalar həmçinin baqaj qapağına da şamil olunur və içəridən mexaniki fövqəladə açılma sistemi tələb edilir.

Ekspertlər bildirirlər ki, bu qərar elektromobillərin dizaynına ciddi təsir göstərəcək. Çünki gizli tutacaqlar aerodinamik və minimalist görünüşün əsas hissəsi hesab olunur. İstehsalçılar artıq təhlükəsizliklə estetik dizaynı birlikdə təmin etməyə məcbur qalacaqlar.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Rusiyada ChatGPT-nin qadağası gündəmdədir? – Dövlət Dumasından açıqlama

Aynur Camal

İran münaqişəsi texnika və populyar məhsulların qiymətinə necə təsir edə bilər?

Aynur Camal

Avstraliya AI ilə bağlı axtarış sistemləri və tətbiq mağazalarını sərtləşdirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu