oyun kompüteri, qeyri-adi soyutma sistemi, maye soyutma, kompüter radiatoru, Arduino, Python proqramı, kompüter texnologiyaları, Hi-Tech yenilikləri
Texnologiya

Oyun həvəskarı kompüterin soyutma radiatorunu evin çölünə yerləşdirdi

Bugun.tv xəbər verir ki, Reddit istifadəçilərindən biri oyun kompüterinin həddindən artıq qızmasının və otağın isinməsinin qarşısını almaq üçün qeyri-adi soyutma sistemi hazırlayıb. O, kompüterin maye soyutma sisteminə qoşulan radiatoru evin divarından keçirərək çöldə yerləşdirib.

“Hi-Tech Mail” nəşrinin “PC Gamer”ə istinadən yaydığı məlumata görə, istifadəçinin otağında oyun oynayarkən temperatur yüksəlir, çöldə isə hava mənfi 4 dərəcə olur. O, soyuq havadan yararlanmaq üçün radiatoru çölə çıxarmaq qərarına gəlib. Sistemə əlavə nasos qoşulub. Kompüter daha çox soyutmaya ehtiyac duyduqda maye xarici radiatora yönəldilir və yenidən kompüterə qaytarılır.

Qurğunun ən maraqlı tərəfi isə təhlükəsizlik sistemidir. Həddindən artıq soyumuş maye kompüterin hissələrində kondensasiya yaradaraq elektron detallara zərər verə bilər. Buna görə istifadəçi Arduino qurğuları və Python proqramı vasitəsilə temperatur və rütubəti izləyən avtomatik idarəetmə sistemi hazırlayıb.

Həmçinin istifadəçinin açıqladığı nəticələrə görə, yüklənmə zamanı videokartın temperaturu təxminən 48, prosessorun temperaturu isə 52 dərəcə olub. “Counter-Strike 2” oyununda isə bu göstəricilər müvafiq olaraq 34 və 45–50 dərəcə təşkil edib. Ölçmələrin aparılma üsulu açıqlanmadığından nəticələr istifadəçinin öz göstəriciləri kimi qiymətləndirilməlidir.

Mənbə:  mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Google itən əşyaları tapmaq üçün Pixel Tag cihazını satışa çıxardı

Aynur Camal

Avropa istehsalçıları Çinlə rəqabətdə mövqelərini itirə bilərlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu