24 C
Baku
21 Sentyabr 2026, 22:22
İslamabad partlayış, Pakistan məscid hücumu, cümə namazı partlayış, intihar hücumu Pakistan, İmam Bargah məscidi, şiə məscidi partlayış, Pakistan terror hadisəsi, İslamabad terror aktı, Pakistan ölənlər yaralılar, Geo News xəbəri, İslamabadda partlayış, Pakistan təhlükəsizlik, məsciddə terror hücumu, Pakistan fövqəladə vəziyyət, PIMS xəstəxanası
DünyaHadisə

İslamabadda cümə namazı zamanı partlayış: azı 15 nəfər öldü

Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı məsciddə baş verən partlayış nəticəsində azı 15 nəfər həyatını itirib, 80-dən çox insan yaralanıb.

Geo News nəşrinin məlumatına görə, hadisə paytaxtın Shehzad Town bölgəsində yerləşən və şiələrə aid olduğu bildirilən İmam Bargah məscidində cümə namazı zamanı baş verib.

Polis partlayış nəticəsində azı 15 nəfərin öldüyünü, 80-dən çox şəxsin isə yaralandığını açıqlayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələr partlayışın intiharçı hücum nəticəsində baş verdiyini bildirib.

Yaralananların xəstəxanalara çatdırıldığı qeyd olunub. Rəsmilər İslamabaddakı Poliklinik Xəstəxanası, Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və CDA xəstəxanasında fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Hazırda təcili yardım və polis əməkdaşları məscid ətrafında axtarış-xilasetmə və araşdırma işlərini davam etdirir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

2 milyarddan çox İtaliya lirəsi miras qaldı, amma pula çevrilə bilmir

Aynur Camal

CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verdi

Aynur Camal

Ukrayna: Rusiyanın neft emalı gücü 45 faizindən çoxu sıradan çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu