Bugun.tv xəbər verir ki, Bolqarıstanın Varna şəhərində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin və ölkənin Baş naziri Rumen Radevin olduğu avtomobil karvanı etirazçıların hücumuna məruz qalıb. Nümayişçilər kortejin hərəkəti zamanı avtomobillərə yumurta, meyvə və tərəvəz atıblar.
“Mail.ru”nun Bolqarıstan Milli Televiziyasına (BNT) istinadən yaydığı məlumata görə, hadisə noyabrın 10-da, siyasətçilərin Nikola Vaptsarov adına Ali Hərbi Dənizçilik Məktəbinə səfəri zamanı baş verib.
Aksiya sağ yönümlü “Dirçəliş” partiyası tərəfindən təşkil olunub. Etirazçılar “Varna müharibə deyil, sülh istəyir!” şüarını səsləndirərək Bolqarıstanın Rusiya-Ukrayna müharibəsinə cəlb olunmasına qarşı çıxıblar. Onlar Avropa Komissiyasının sədrindən ölkəni dərhal tərk etməsini də tələb ediblər.
Ursula fon der Lyayenin Bolqarıstana səfəri Qara dəniz regionunda təhlükəsizlik məsələləri ilə bağlı görüşlər çərçivəsində baş tutub. Səfər zamanı dəniz təhlükəsizliyi və bölgədə ticarət gəmilərinə qarşı hücumlar da müzakirə olunub.
Mənbə: Mail.ru
