Dünya

Müsəlmanlara qarşı ayrı-seçkiliyə görə CNews kanalına 100 min avro cərimə

Fransa, CNews, Arcom, müsəlmanlara qarşı ayrı-seçkilik, diskriminasiya, Fransız televiziya kanalı, 100 min avro cərimə, əlcəzairlilər, miqrantlar, L'heure des pros 2 Ete, Qəzza, İsrail Qəzza hücumları, media nəzarəti, Fransada cərimə, islamofobiya

Fransada media fəaliyyətinə nəzarət edən Audiovizual və Rəqəmsal Kommunikasiya Tənzimləmə Qurumu (Arcom) müsəlmanlara və əlcəzairlilərə qarşı ayrı-seçkilik xarakterli məzmun yayımladığına görə Fransanın CNews televiziya kanalına 100 min avro məbləğində cərimə tətbiq edib.

Bugun.tv xəbər verir ki, bu barədə qərar Fransanın Rəsmi Qəzetində dərc olunub.

Qərara əsasən, CNews kanalında yayımlanan proqramlardan birində müsəlmanlara və əlcəzairlilərə qarşı diskriminasiya xarakterli ifadələrin səsləndirildiyi müəyyən edilib.

Arcom, qanunsuz miqrantların müzakirə edildiyi “L’heure des pros 2 Ete” proqramının 8 avqust 2025-ci il tarixli buraxılışı, eləcə də İsrailin Qəzzaya hücumlarının dəyərləndirildiyi 12 avqust 2025-ci il tarixli yayımı ilə bağlı kanala cərimə kəsib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ–İran gərginliyi davam edir: Hörmüz boğazı əsas mübahisə mövzusu oldu

Aynur Camal

Ukraynada kütləvi dron və raket hücumu: enerji infrastrukturu hədəfdə

Aynur Camal

ABŞ–Çin sammiti: “Rəqib yox, tərəfdaş”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu