Bugun.tv xəbər verir ki, müasir dövrdə “old money” üslubu zənginlik və sadə zövqü ifadə edən ən məşhur geyim tərzlərindən birinə çevrilib. Mütəxəssislər bildirir ki, varlı qadınların geyimində əsas məqsəd dəbdəbəni göstərmək deyil, sadəliklə bahalı görünməkdir.
Məqalədə zəngin və məşhur qadınların stilindən çıxarılan 5 əsas qayda təqdim olunub.
1. Sadə biçim və baza geyimlər

Gündəlik həyatda çox qarışıq kombinlərə ehtiyac yoxdur. Düz cins şalvar, sadə köynək və minimal ayaqqabı bahalı görünüş yaradır. Kendall Jennerin gündəlik stilində də bu sadə seçimlər üstünlük təşkil edir.
2. Midi və maksi uzunluq

Zəngin qadınlar mini geyimlərdən daha çox midi və maksi uzunluğa üstünlük verir. Amal Kluninin geyim tərzi buna nümunə göstərilir. O, gündəlik həyatda belə uzun donları seçir və onları müxtəlif ayaqqabılarla tamamlayır.
3. Şalvar kostyumları

Nataliya Vodyanova həm tədbirlərdə, həm də gündəlik həyatda şalvar kostyumlarını tez-tez geyinir. Bu kostyumları həm rahat, həm də rəsmi üslubda istifadə etmək mümkündür.
4. Jaket hər kombində

Jaketlər cins şalvarla da, donla da uyğunlaşır. Miranda Kerr bu üslubu tez-tez istifadə edən məşhurlar sırasındadır. Onun seçimləri arasında qısa jaketlər və uzun palto modelləri xüsusi yer tutur.
5. Palto əsas üst geyimdir

Məşhur dəb trendləri dəyişsə də, varlı qadınlar ən çox palto geyinməyə üstünlük verir. Taylor Swift də daim palto ilə seçilən məşhurlar arasındadır. Əsas xüsusiyyətlər isə sadə rənglər, geniş biçim və midi-maksi uzunluqdur.
Mütəxəssislər qeyd edir ki, bu qaydalar bahalı görünmək üçün mütləq çox pul xərcləməyə ehtiyac olmadığını göstərir.
Mənbə: mail.ru
