Fiji və Yeni Zelandiya müsəlman icmaları Ramazan ayının 20 fevral tarixində başlayacağını rəsmi şəkildə təsdiqləyib.
Məlumata görə, bu qərar hilal müşahidələrinin nəticələrinə əsaslanıb. Hər iki ölkədə 18 və 19 fevral axşamı aparılan müşahidələr zamanı Ramazan hilalı görünməyib. Buna görə də Şəban ayı 30 gün tamamlanıb və Ramazanın başlanğıcı növbəti günə keçirilib.
Dini qurumlar bildiriblər ki, hilalın görünməsi İslam təqvimində ayların başlanmasını müəyyən edən əsas meyardır. Bu səbəbdən hər ölkə öz coğrafi mövqeyinə və səma şəraitinə uyğun qərar verir.
Bəzi müsəlman ölkələrində Ramazan 18 və ya 19 fevralda başlayıb. Fiji və Yeni Zelandiya isə hava şəraiti və coğrafi fərqlər səbəbilə hilalı daha gec müşahidə edib.
Qeyd olunur ki, Ramazan ayı müsəlmanlar üçün ibadət, oruc, xeyriyyə və mənəvi yenilənmə dövrü hesab olunur.

Mənbə: Khaleej Times
