6 C
Baku
23 Fevral 2026, 9:30
Dünya

Abbas Araqçi: “Təslim olmuruq, çünki biz iranlıyıq”

Abbas Əraqçi açıqlama, İran ABŞ gərginliyi, Donald Tramp İran bəyanat, Steve Witkoff müsahibə, İran nüvə proqramı, Yaxın Şərq siyasəti, Tehran Vaşinqton münasibətləri, İran təslim açıqlaması

Abbas Araqçi ABŞ Prezidenti Donald Trump-ın İranın “niyə təslim olmadığı” ilə bağlı səsləndirilən fikirlərinə cavab verib.

İranın xarici işlər naziri sosial media hesabında İran xəritəsinin bayraqla örtüldüyü vizual paylaşaraq belə yazıb:

“Niyə təslim olmadığımızı maraq edirsiniz? Çünki biz iranlıyıq”.

Trampın açıqlamasına reaksiya

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff Amerika mediasına müsahibəsində bildirib ki, ABŞ-ın bölgədə hərbi mövcudluğunu artırmasına baxmayaraq İran geri addım atmır.

Witkoff qeyd edib ki, Tramp İranın güclü təzyiqlərə və ABŞ-ın bölgədəki hərbi-dəniz qüvvələrinin mövcudluğuna baxmayaraq Vaşinqtona “nüvə silahı istəmirik” məzmunlu açıq öhdəlik təqdim etməməsini sual altına alır.

Onun sözlərinə görə, Tramp “təslim olmaq” ifadəsini işlətmək istəməsə də, İranın niyə hələ də geri çəkilmədiyini maraq edir.

Gərginlik davam edir

Vaşinqton ilə Tehran arasında münasibətlər xüsusilə nüvə proqramı və regional təsir məsələlərinə görə gərgin olaraq qalır. Son açıqlamalar iki ölkə arasında siyasi ritorikanın daha da sərtləşdiyini göstərir.

Abbas Əraqçi açıqlama, İran ABŞ gərginliyi, Donald Tramp İran bəyanat, Steve Witkoff müsahibə, İran nüvə proqramı, Yaxın Şərq siyasəti, Tehran Vaşinqton münasibətləri, İran təslim açıqlaması
İranın Xarici İşlər Naziri Abbas Araqçi

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Ramazan ayında Qəzzada fələstinlilər aclıqla mübarizə aparır

Aynur Camal

İsveçdən Ukrayna müdafiəsinə böyük hərbi dəstək paketi açıqlanıb

Aynur Camal

Trump‑un “Sülh Şurası” planı – Qəzza üçün maliyyə və tənqidlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu