6 C
Baku
24 Fevral 2026, 7:42
Siyasət

Məhəmməd Əsədullazadə: Gürcüstan və Rusiya Ermənistana təzyiq mexanizmlərini gücləndirir

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Gürcüstan–Rusiya xəttində Ermənistana artan təzyiqlərlə bağlı sosial media hesabında paylaşım edib.

Ekspert bildirib ki, Rusiya son dövrlər Ermənistana təzyiqlərini artırır. Onun sözlərinə görə, Gürcüstan hökumətinin 100-ə yaxın Ermənistan yük maşınının Rusiyaya keçidinə icazə verməməsi təkcə texniki gömrük məsələsi deyil, həm də siyasi mesaj xarakteri daşıyır.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan–Ermənistan normallaşma prosesinin sürətlənməsi fonunda Tiflis regiondakı tranzit rolunun zəifləməsindən narahatdır.

O vurğulayıb ki, Bakı ilə İrəvan arasında yekun sülh sazişi imzalanarsa, alternativ nəqliyyat marşrutlarının açılması Gürcüstanın strateji üstünlüyünü azalda bilər. Bu baxımdan, həm Rusiya, həm də Gürcüstan müəyyən məqamlarda Ermənistana qarşı ortaq təzyiq mexanizmləri formalaşdıra bilər.

Ekspert əlavə edib ki, seçkilər ərəfəsində Gürcüstan hakimiyyətinin Ermənistanda daxili narazılığı artıracaq addımlara üstünlük verməsi istisna deyil. Onun fikrincə, Bidzina İvanaşvilinin təsiri altında olan “Gürcü Arzusu” hökumətinin Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdi və Qərblə yaşanan gərginlik regionda yeni siyasi balans formalaşdırır.

Məhəmməd Əsədullazadə hesab edir ki, Gürcüstan gömrük rəsmilərinin Ermənistan daşıyıcılarına Azərbaycan üzərindən alternativ marşrut tövsiyə etməsi regionda logistika və geosiyasi reallıqların dəyişdiyini göstərir.

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Siyasi ekspert Məhəmməd Əsədullazadə
Aynur Camal

Oxşar xəbərlər

“Cenevrə görüşündən nəticə çıxmasa, müharibə qaçınılmazdır” – politoloq

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

İran Hürmüz Boğazı’nı hərbi təlim səbəbi ilə müvəqqəti bağlayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu