ABŞ-İran münasibətləri, Marko Rubio, Donald Tramp, İranla danışıqlar, diplomatik razılaşma, G7 toplantısı, Yaxın Şərq, nüvə təhlükəsi
DünyaSiyasət

Rubio: İranla diplomatik razılaşma əldə olunmaya bilər

Bugun.tv xəbər verir ki, ABŞ-ın dövlət katibi Marko Rubio İranla diplomatik razılaşma əldə olunmasının mümkün olmaya biləcəyini bildirib. O, Tehranla danışıqlarda indiyədək əldə olunan irəliləyişi qənaətbəxş hesab etmədiyini deyib.

Türkiyənin TRT Haber telekanalının Anadolu Agentliyinə istinadən yaydığı məlumata görə, Rubio Fransanın paytaxtı Parisdə keçiriləcək G7 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün yola düşməzdən əvvəl Florida ştatında jurnalistlərin suallarını cavablandırıb.

ABŞ dövlət katibi İranla diplomatik həllə nail olmaq istiqamətində irəliləyişin çox zəif olduğunu bildirib: “İrəliləyiş əldə etməyin astanasında olduğumuzu deyə bilmərəm”.

Rubio ABŞ Prezidenti Donald Trampın problemləri diplomatik yollarla həll etməyə üstünlük verdiyini, lakin bunun hər zaman mümkün olmadığını vurğulayıb. O, Vaşinqtonun diplomatik təşəbbüslərə açıq qaldığını, bununla belə, İranın tələblərini “həddindən artıq və gülünc” hesab etdiyini bildirib.

ABŞ-ın yeni hərbi zərbələr endirməsi ehtimalına toxunan Rubio Vaşinqtonun addımlarının müdafiə xarakteri daşıdığını iddia edib. Onun sözlərinə görə, ABŞ qüvvələrinə və ya dəniz daşımalarına qarşı açıq və yaxın təhlükə yaranarsa, ölkəsinin özünü müdafiə etmək hüququ var.

Rubio eyni zamanda Trampın İranın nüvə silahı əldə etməsi ilə bağlı real təhlükə gördüyünü və bu səbəbdən hərəkətə keçdiyini də iddia edib.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

İraq Hörmüz boğazından neft ixracı üçün ABŞ-la razılıq əldə etdi

Aynur Camal

Tramp süni intellektə nəzarət qaydalarının tətbiqinə açıq olduğunu bildirib

Aynur Camal

Fransada başlayan etiraz dalğası Avropanın digər ölkələrinə də yayılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu