12 C
Baku
11 Aprel 2026, 1:20
Maraqlı faktlar

Bilirdinizmi? Dünyanın ən böyük duz səhrası yağışdan sonra güzgüyə çevrilir

Salar de Uyuni, dünyanın ən böyük duz səhrası, Boliviya maraqlı fakt, təbii güzgü effekti, litium yataqları, enerji keçidi, turizm möcüzəsi, dünya coğrafiya faktı

Cənubi Amerikada yerləşən Salar de Uyuni dünyanın ən böyük duz səhrası hesab olunur. Onun sahəsi təxminən 10 500 kvadrat kilometrdir.

Lakin maraqlı fakt ondan ibarətdir ki, yağış mövsümündə səthin üzərində nazik su qatı əmələ gəlir və ərazi tamamilə nəhəng güzgüyə çevrilir.

Bu zaman səma, buludlar və günəş işığı səthdə ideal şəkildə əks olunur. Mütəxəssislər bildirirlər ki, səthin demək olar tam düz olması səbəbindən buradakı əks olunma effekti dünyanın ən mükəmməl təbii “güzgü effekti” hesab olunur.

 

Salar de Uyuni, dünyanın ən böyük duz səhrası, Boliviya maraqlı fakt, təbii güzgü effekti, litium yataqları, enerji keçidi, turizm möcüzəsi, dünya coğrafiya faktı
Dünyanın ən böyük duz səhrası 

Salar de Uyuni həm də litium ehtiyatlarına görə strateji əhəmiyyət daşıyır. Elektrikli avtomobillər üçün batareya istehsalında istifadə olunan litiumun böyük hissəsi burada yerləşir. Buna görə də ərazi yalnız turizm baxımından deyil, həm də qlobal enerji keçidi üçün vacib sayılır.

Yağışdan sonra yaranan “səma ilə yerin birləşməsi” görüntüsü isə hər il minlərlə turist və fotoqrafı bölgəyə cəlb edir.

Mənbə: DisCoVery

Aynur Camal

Oxşar xəbərlər

İngiltərədə 2000 illik Roma yolu aşkarlandı

Aynur Camal

Bilirdinizmi? Həqiqətən “sıfır kalorili” qidalar yoxdur

Aynur Camal

Çin alimləri nadir “hekzagonal almaz”ın təmiz nümunələrini sintez ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu