11 C
Baku
26 Fevral 2026, 16:05
Baş xəbər

Məhəmməd Əsədullazadə: “Xocalını unutmaq olmaz, yaddaş intiqam üçün deyil, gələcək üçündür!”

Məhəmməd Əsədullazadə, Milli Cəbhə Partiyası bəyanat, Xocalı soyqırımı 1992, Razi Nurullayev mövqeyi, Xocalı unudulmayacaq, Qarabağ sonrası sülh mərhələsi, insanlığa qarşı cinayət, Azərbaycanda siyasi açıqlama

Bugun.tv-yə daxil olan məlumata görə, Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında  Milli Cəbhə Partiyasının Xocalı soyqırımı ilə bağlı bəyanatını paylaşıb.

Ekspert bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşına həkk olunmuş ən ağır insanlıq cinayətlərindən biridir. 1992-ci ilin fevralında dinc əhaliyə qarşı törədilmiş qətliamın nə müharibə reallıqları ilə izah oluna biləcəyini, nə də tarixdən silinə biləcəyini vurğulayan Əsədullazadə qadınların, uşaqların və qocaların qətlə yetirilməsinin insanlığa qarşı cinayət olduğunu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan artıq müharibəni başa vurmuş, ərazi bütövlüyünü təmin etmiş və regionda yeni mərhələyə – sülh mərhələsinə qədəm qoymuş dövlətdir. Lakin sülhün ədalətsiz yaddaş üzərində qurula bilməyəcəyini bildirən siyasi ekspert Xocalını unutmağın və unutdurmağın yolverilməz olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu faciəni xatırlamaq revanşizm deyil, gələcək nəsillər qarşısında məsuliyyətdir.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin mövqeyinə istinad edən Məhəmməd Əsədullazadə bildirib: “Xocalını xatırlamaq düşmənçilik yaratmaq üçün yox, insanlıq dərsi vermək üçündür. Bu ağrı yaddaşda saxlanmalıdır ki, gələcəkdə nə Azərbaycan xalqı, nə də digər xalqlar belə faciələrlə üz-üzə qalmasın”.

Ekspert vurğulayıb ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi beynəlxalq müstəvidə davam etdirilməlidir. Bununla yanaşı, regionda davamlı sülhün təmin olunması üçün nifrət ritorikasından deyil, həqiqətə və ədalətə əsaslanan yanaşmadan çıxış edilməlidir. Onun fikrincə, həqiqətin tanınması barışa mane olmur, əksinə, sağlam sülhün əsasını təşkil edir.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Milli Cəbhə Partiyasının mövqeyi aydındır: Xocalı unudulmayacaq, lakin bu yaddaş intiqam üçün deyil, bir daha belə faciələrin təkrarlanmaması üçündür.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə Partiyası bəyanat, Xocalı soyqırımı 1992, Razi Nurullayev mövqeyi, Xocalı unudulmayacaq, Qarabağ sonrası sülh mərhələsi, insanlığa qarşı cinayət, Azərbaycanda siyasi açıqlama
Xocalı – 34
Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: “Xocalı faciəsi unudulmayacaq, yeni səhifə artıq açılır”

Aynur Camal

Azərbaycanın dinməyən ağrısı: Xocalı qətliamının 34-cü ili

Aynur Camal

İnsanlıq tarixinin qara ləkəsi! Xocalı Soyqırımının 34-cü ildönümü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu