Baş xəbərSiyasət

Siyasi ekspert: ABŞ-ın Zelenskiyə təzyiqləri Ukraynanın gələcəyinə təsir edə bilər

Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ-ın Ukrayna siyasətində baş verən dəyişikliklər və Vaşinqtonun Kiyevə mümkün təzyiqləri ilə bağlı fikirlərini öz sosial media hesabında şərh edib.

Ekspertin fikrincə, ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenskini müharibənin başa çatdırılması prosesinə mane olmaqda ittiham etməsi və administrasiya rəsmilərinin Ukraynada siyasi dəyişikliklər məsələsini gündəmə gətirməsi Ukrayna rəhbərliyinə ciddi siyasi təzyiq yaradır.

Məhəmməd Əsədullazadə hesab edir ki, Vaşinqtonun mövqeyi getdikcə Ukraynanın Rusiya ilə danışıqlarda müəyyən ərazi güzəştlərinə getməsi və Donbas məsələsində Moskvanın tələblərini nəzərə alması istiqamətində formalaşır. Onun qənaətinə görə, bu yanaşma Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı ciddi suallar doğurur.

Siyasi ekspert diqqətə çatdırıb ki, ABŞ-ın əvvəllər Ukraynanın Qərbə inteqrasiyasını və demokratik dəyişiklikləri dəstəkləməsi fonunda indiki mövqeyi xüsusi diqqət çəkir. Onun fikrincə, Kiyevin Moskva ilə razılaşmağa sövq edilməsi beynəlxalq münasibətlərə və təhlükəsizlik sisteminə təsir göstərə, eyni zamanda, digər dövlətlər üçün də arzuolunmaz presedent yarada bilər.

Əsədullazadə Avropa İttifaqı, Böyük Britaniya, Fransa və Almaniyanın Ukraynaya dəstəyinin Vaşinqtonun təzyiqlərinin nəticələrinə təsir göstərə biləcəyini də qeyd edib. Ekspertin fikrincə, Avropa ölkələri Ukraynanın təhlükəsizlik maraqlarının qorunmasına və mümkün sülh razılaşmasının birtərəfli güzəştlər əsasında formalaşmamasına çalışırlar.

O, noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərinin də Tramp administrasiyasının xarici siyasətinə təsir edə biləcəyini bildirib. Əsədullazadənin qənaətinə görə, seçkilərdə Respublikaçılar Partiyasının mövqeyinin zəifləməsi administrasiyanın Ukrayna siyasəti ətrafında daxili siyasi müzakirələri və təzyiqləri artıra bilər.

Məhəmməd Əsədullazadə bu fikirləri sosial şəbəkədə paylaşdığı şərhində ifadə edib.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Azərbaycanın artan geosiyasi mövqeyi ona qarşı təzyiqləri artırır

Aynur Camal

Bu şəxslərin pensiyalarına aylıq sabit əlavələr hesablanacaq

Aynur Camal

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu